adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2021 17:00
23759
İDMAN
A- A+

Kloppun əvəzinə Cerrard?

"Liverpul" baş məşqçisi Yurgen Kloppun Almaniya millisinə gedəcəyi halda bu vəzifəyə yeni namizəd axtarır.

Qol.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Mənbədə 53 yaşlı mütəxəssisin Almaniya yığmasının təklifini böyük ehtimalla qəbul edəcəyi və komandadan ayrılacağı bildirilib. Belə olacağı təqdirdə "Liverpul"da Kloppu  "Reyncers"in çalışdırıcısı və "mersisaylılar"ın sabiq futbolçusu Stiven Cerrardın əvəzləyə biləcəyi qeyd olunub.

Əlavə edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"da oynayıb.

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 6-cıdır.