adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Mart 2021 20:00
34340
HÜQUQ
A- A+

Apellyasiya şikayətlərinin sayı azalıb

Son illər həyata keçirilən qanunvericilik və institusional tədbirlər məhkəmələrin mülki sahədə iş yükünün xeyli azalmasına təsir edib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.

Məlumatda qeyd olunub ki, görülən tədbirlər işlərin daha çevik və keyfiyyətlə baxılmasını şərtləndirir:

“Belə ki, ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının demək olar ki, 80 faizi ilə tərəflər razılaşıb, başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməyib. Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95 %-i, hökmlərin isə 91,3 %-i dəyişdirilməyərək sabit qalıb”.