SON DƏQİQƏ:

Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü

  15963   |  
Şriftin ölçüsü  

Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib

Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştərilərinə rəqəmsal gələcəyi əlçatan etmək və dinamik şəkildə yenilənən dünyanın tələblərinə daha çevik reaksiya vermək vədəsi 2020-ci ilin qlobal cəmiyyətə gətirdiyi transformasiyada, heç şübhəsiz ki, özünü müvəffəqiyyətlə doğrultdu. Bəşəriyyəti bürümüş özünütəcrid şəraitində yeni yaşam və çalışma üsullarına ahəngdar şəkildə uyğunlaşan Azercell-in rəqəmsallaşma strategiyası həm təhsil, həm əyləncə, həm də işgüzar həyatda müxtəlif yaş katergoriyalarından olan insanlara rahat və cəld rabitə imkanı təklif etdi. Azercell-in aparıcı mobil operator olaraq innovativ xidmətlər və texnoloji həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha da rahat etmək məqsədi şirkəti 2020-ci ildə özünün 5 milyonuncu abunəçisinə qovuşdurdu.

Həm ölkə, həm də bütün dünya iqtisadiyyatı üçün ağır sınaq dövrü olan 2020-ci ili Azercell Telekom itkisiz və ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2020-ci ildə ölkənin mobil kommunikasiya bazarında49%faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi Azercell 2020-ci ildə dövlət büdcəsinə111.9 milyon AZN, 24 il ərzində isə ümumilikdətəxminən2 milyard AZNvergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2020-ci ildə58 milyon ABŞ dolları,1996-2020-ci illər ərzində isə1.7 milyard ABŞ dollarıhəcmində sərmayə yatırıb.

Azərbaycan xalqı üçün həm də şanlı qələbə ilə tarixə düşən 2020-ci ildə Azercell işğaldan azad olunmuş bölgələrimizdə, o cümlədən Qarabağın mirvarisi sayılan Şuşada ilk rabitə və mobil internet şəbəkəsini qurdu. İndi şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla94.8%əhali əhatəsi isə98.8%təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhatəsi dairəsi74,2%-dən 85,1%-əyüksəlib. Bununla yanaşı, 2020-ci ildə 4G texnologiyası üzərindən çalışan784 yeni radio baza stansiyasıquraşdırılıb, 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı2679-açatdırılıb. Azercell şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi2.25 dəfəartıb. Ümumilikdə, 2020-ci il ərzində yalnız 4G şəbəkəsi üzrə internet trafikində isə60%artım müşahidə olunub.

2020-ci il ərzində Bakı metropoliteninin stansiya və tunellərinin də 4G şəbəkəsinin təmin edilməsi üzrə işlər uğurla davam etdirilib və hazırda paytaxtın artıq14 metro stansiyasındaAzercell 4G şəbəkəsi aktivdir.

30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunması ilə 2020-ci ildə Azərbaycan xalqının tarixində tamamilə yeni səhifə açıldı. Bu səhifədə öz dəsti-xəttilə tarix yazan Azercell də yumruq kimi birləşən cəmiyyətimizin ən fəal üzvlərindən oldu. Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna1 milyon manathəcmində vəsait köçürdü. Eyni zamanda, Azercell-in “Kabinetim” mobil tətbiqində bu Fonda ianə etmək imkanı yaradıldı. Azercell müharibə dövründə kimsədən dəstəyini əsirgəmədi.Bərdə və Gəncə şəhərlərində baş verən terror aktları zamanı yerli sakinlərin balansını artırdı, o cümlədən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına100 AZNköçürdü.

2020-ci ilin ilk yarısı isə digər düşmənimiz – bütün dünyanı cənginə alan COVID-19 virusu ilə mübarizə və sərtləşdirilmiş karantin rejiminin gətirdiyi çətinliklərlə yadda qaldı. Azercell Koronavirusla Mübarizəyə Dəstək Fonduna2 milyon manatianə etməklə bu cəbhədə də aktiv mübarizəyə qoşuldu. Şirkət həmçinin, hər kəsin bu fonda ianə etməsini asanlaşdırmaq üçün “Mobil ödəmə” xidmətini aktivləşdirdi. Bu dövrdə evdən çıxmaq qadağası ilə üz-üzə qalan yaşı 65-dən yuxarı abunəçilərə Mobil Müştəri Xidmətləri evində və tamamilə təmənnasız təqdim olundu.

Şirkətdən növbəti həmrəylik jesti karantinin tətbiq olunduğu ilk dövrdə xaricdə qalaraq ölkəyə qayıda bilməyən soydaşlarımıza yönəldi. Belə ki, Azercell rominqdə olan abunəçilərinin balansına50 AZNyüklədi. Habelə, bütün Azercell abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə pulsuz zənglər imkanı yaradıldı.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Azercell virusla vuruşan700-ə yaxın səhiyyə işçisinə 7 dəfə 50 AZN hədiyyə balansyüklədi. Həmçinin, sosial izolyasiya şəraitində onlayn tədris verən30 000-ə yaxın müəllimə 5GBhəcmində internet paketi təqdim olundu. Azercell karantin dövründə Abşeron yarımadası və bölgələrdə11 000-ə yaxınaztəminatlı ailəyə və Böyük Vətən Müharibəsi veteranlarına Novruz, Ramazan bayramları və 28 may Respublika Günü münasibətilə ərzaq payı və bayram sovqatları çatdırdı.

2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2020-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə təxminən4 milyon zəngdaxil olub, bunlardan 95%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olub və bunların 98%-i cavablandırılıb. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam135 min müraciətdaxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən1 milyon nəfərabunəçiyə üz-üzə xidmət göstərilib.

Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər100% cavablamagöstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib. 2020-ci ildə Azercell şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimiISO 10002:2018Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatına layiq görülməsi oldu.

Ötən il Azercell-in yeni versiyada təqdim etdiyi“Kabinetim”mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı."Mobil Ödəmə"xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVİD-19 ilə mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Dünya miqyasında məşhur“Busuu”tətbiqi abunəçilərə xüsusi şərtlərlə təklif edildi. Azercell il ərzində mobil televiziya sahəsində bəzi yeniliklər tətbiq etdi. Belə ki, uşaqlar üçün“Mobil TV”xidməti istifadəyə verildi.“BluTV”xidməti çərçivəsində isə populyar türk kino və serialları Azercell-lilər üçün əlçatan oldu.“NNTV”tətbiqində televiziya kanallarının sayı artırıldı. Nəticədə, son bir il ərzində Azercell-in rəqəmsal həllərindən istifadə edən aktiv abunəçilərin sayı18%artdı.

Azercell il boyunca abunəçilərini fərqli kampaniyalar, sərfəli tarif paketləri ilə sevindirib. Abunəçilərin yaxınları ilə ünsiyyətini daha da əlçatan edən “Yeni Hər Yerə”tarifi istifadəyə verilib. Bundan əlavə, lider mobil operator innovativ“Telegram Bot”xidmətini təqdim edib. Müxtəlif sərfəli aksiyalar çərçivəsində müştərilər əlverişli şərtlərlə ən son modelSamsung və iPhonesmartfonlarını əldə ediblər, onlara danışıq balansı və internet paketləri hədiyyə olunub. Keçirilmiş Smartfon kampaniyaları nəticəsində Azercell abunəçiləri arasında smartfon penetrasiyası74%-dənyüksək oldu, Smartfon istifadəçilərinin sayı isə3.9 milyontəşkil edir.

Qlobal pandemiya ilə əlaqədar sərt karantin rejimində iqtisadiyyata dəstək məqsədilə12 000-dən artıqhüquqi şəxsə xidmət göstərən Azercell Biznes yenilənmişBiznesim Vebhəllini təqdim etdi ki, bu həll vasitəsilə öncədən ödəniş etmədən şirkətlər 3 gün ərzində öz saytını yarada bildi. Bizneslər üçün müxtəlif qurğularla rahat qoşulma və rabitə imkanlarının yaradılması ilə Azercell biznes abunəçiləri arasında mobil internet istifadəçilərini sayı ötən illə müqayisədə14% artdı. Şirkətin korporativ müştərilərə istiqamətlənmiş fəaliyyəti Əşyaların interneti (IoT) ekosistemini ölkədə inkişaf etdirərək istifadəçi bazasının həcmini ötən illə müqayisədə34% artırdı.

2020-ci ildə sosial layihələrə ümumilikdə2.6 milyon ABŞ dollarındanartıq vəsait sərf edilib ki, bu göstərici 24 il ərzində21.8 milyondolları keçib.

Qeyd edək ki, savaş ilində Azercell korporativ sosial məsuliyyət tədbirlərinə xüsusi diqqət ayırıb.

İlin əvvəlində “Azercell Telekom” Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən Tokyo 2020 Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komandalalarının Qızıl tərəfdaşı seçildi. Qeyd edək ki, qlobal pandemiya ilə əlaqədar bu Olimpiya oyunları 2021-ci ilə keçirildi.

Müasir Azərbaycan qadının cəmiyyətdəki əhəmiyyətini layiqincə əks etdirmək üçün Azercell Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq idmançı qadınların simasında#Qadın Dediyinlayihəsini ərsəyə gətirdi. Layihə sosial media kanallarında yayımlanaraq cəmiyyətdə geniş əks-səda yaratdı.

Şirkətin ən sevilən sosial layihələrindən biri olan Mobil Göz və Mobil Diş səyyar Klinikalarında il ərzində Bakı və bölgələrdən400 nəfərəyaxın kimsəsiz, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan insan pulsuz müayinədən keçdi.

10 ildən çoxdur yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti Azercell-in dəstəyilə karantin dövründə fəaliyyətini davam etdirib və ümumilikdə6657 uşağa psixoloji yardım göstərilib.

Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşması işinə xüsusi diqqət ayıran AzercellADA Universitetinin təqaüd proqramına, informatika müəllimləri üçün xüsusi təlimin təşkilinə dəstəyini davam etdirib. ŞirkətBeşinci Buktreyler Festivalınınrəqəmsal tərəfdaşı qismində çıxış edib. Azercell-in Rəqəmsal Tərəfdaşlığı ilə7-ci “womENcourage”beynəlxalq virtual toplantısı keçirilib. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə partnyorluq çərçivəsində Azercell-in dəstəyilə İnformatika üzrə təlim keçən məktəblilərimiz32-ci Beynəlxalq İnformatika Olimpiadası, 16-cı Beynəlxalq Jautikov Olimpiadası, Asiya Pasifik İnformatika Olimpiadası, İnformatika üzrə 12-ci Beynəlxalq Payız Turnirikimi nüfuzlu yarışmalarda il ərzində müxtəlif kateqoriyalı10 medal qazanıblar.SABAH qruplarının “Qış Məktəbi” layihəsinin gənc iştirakçıları üçün Azercell master-klassların təşkilini dəstəkləyib. “Azercell Telekom” yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən300 abituriyentə və şəhid övladlarınaBusuu dilöyrənmə tətbiqinə pulsuz kodlar, ən çox bal yığan abituriyentlərə və şəhid övladlarına planşetlər və pulsuz kodlar hədiyyə edib, təqaüdlər ayırıb. Eyni zamanda,100-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaqda Azercell-dən dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr alıb.

Ölkədə peşəkar kadrların inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verən Azercell 2020-ci ildə İnsan kapitalının inkişafına təxminən700 min ABŞ dolları,1996-2020-ci illər ərzində isə26 milyon ABŞ dollarıhəcmində vəsait sərf edib. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafı kimi 2020-ci il ərzində keçirilmiş audit nəticəsində bu ilin əvvəlində MDB məkanında ilk olaraqİnsana Sərmayə standartının ən yüksək Platin sertifikatına yiyələndi(IIP Platinum).

Azercell-in 2020-ci ildə əldə etdiyi nailiyyətlər sırasında nüfuzlu“STEVIE ” Beynəlxalq Biznes Mükafatının üçqat laureatıolmasını da qeyd etmək lazımdır. Belə ki, 2020-ci ildə lider operator yüzlərlə şirkət arasında“İlin telekommunikasiya şirkəti” qızıl mükafatını,“İlin ən innovativ şirkəti”və“Ən dəyərli korporativ məsuliyyətli şirkət”nominasiyaları üzrə bürünc mükafatını qazanıb.

Bundan əlavə, Azercell-in#QadınDediyin sosial layihəsi nüfuzlu beynəlxalq Red Jolbors festivalında Gümüş və Bürünc medalqazanıb.

Şirkət ötən il ölkəmizdəISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi”standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator olub.

Daha ətraflı məlumat üçü[email protected]ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK