adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Mart 2021 21:50
24915
İDMAN
A- A+

Tbilisidəki “Böyük Dəbilqə”də millimiz daha çox qadınlarla təmsil olunacaq

Cüdo millimiz qonşu ölkələrdə keçiriləcək növbəti “Böyük Dəbilqə” yarışlarında da iştirak edəcək.

Oxu.Az xəbər verir ki, 26-28 martda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək yarışa millimiz cəmi beş idmançı ilə yollanacaq.

Kişi cüdoçularımızdan yalnız gürcüstanlı legioner Uşanqi Kokauri (+100 kq) yarışacaq. Qadınlarda isə yenə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), həmçinin Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi -52 kq) yarışacaq.

Bunlardan 27 yaşlı Şəfəq Məmmədova əvvəllər yalnız Bakıda keçirilmiş “Böyük Dəbilqə” yarışlarında iştirak edib. Ancaq o, 2013-cü ildən yarışdığı Bakıdakı “Böyük Dəbilqə”lərin ilk görüşlərində uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, millimiz bundan sonra 1-3 aprel tarixlərində Türkiyənin Antalya şəhərlərində keçiriləcək “Böyük Dəbilqə”də iştirak edəcək.