SON DƏQİQƏ:

Vaksinasiya prosesindəki uğursuzluq 100 milyard avroluq zərərə səbəb ola bilər

  12304   |  
Şriftin ölçüsü  

“Avrozonada vaksinasiya prosesindəki uğursuzluq 100 milyard avronun itirilməsinə səbəb ola bilər”.

Bu barədə “Bloomberg”in dərc etdiyi hesabatda məlumat verilir.

Sənəddə bildirilir ki, bu səbəbdən aparıcı biznes strukturları, xüsusən də turizm sahəsində fəaliyyətin ləngiməsi vəziyyətə uyğun olaraq iqtisadi artımın da gecikməsinə səbəb olacaq.

“Aparıcı biznes sahələrinin fəaliyyətindəki bir və ya iki aylıq ləngimə 50-100 milyard avro vəsait itirilməsi ilə nəticələnəcək. Artıq Avropanın aparıcı investisiya fondları üç həftədir ciddi kapital itkisi ilə üzləşməkdədir. “Bank of America” və “BlackRock Investment” maliyyə korporasiyaları Avropada koronavirusa yoluxma hallarının artması uzunmüddətli investisiya strategiyasının da pozulması ilə nəticələnəcək”.

“Bloomberg”də hesab edirlər ki, Avrozona yay fəslinin sonlarınadək əhalinin 75 faizinə vaksin tətbiq etmək şansına malikdir. Bu isə kirtik yay ayları üçün əlverişli investisiya şəraiti, habelə ikinci turizm mövsümündən  istifadə şansının itirilməsi deməkdir.

Avropa Komissiyasından o da bildirilib ki, cari ilin ikinci rübündə 27 Avropa ölkəsi ümümi tələbatın 1/3 hissəsi qədər vaksin əldə etmək şansına malik olacaq. Bu da 106 milyon ədəd ampula deməkdir. İkinci rübdə bu sayın 300, üçüncü rübdə isə 900 milyon dozaya çatacağı ehtimal edilir. Bu isə yalnız Avropa bazarın Qərbin istehsalı olan vaksinlər daxil olduqda mümkündür.(Unikal.org)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK