SON DƏQİQƏ:

“Aktyorun şəxsiyyəti, xarakteri olmalıdır” - MÜSAHİBƏ

  40781   |  
Şriftin ölçüsü  

“22 yaşımdan professional səhnədəyəm. 22 yaşımdan böyük rolları oynayıram. Hüseyn Cavidin “İblis” əsərində Arif, Cəfər Cabbarlının “Dönüş” əsərində Ötkün Zamanbəyli, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məshəti şah” əsərində Şahbaz bəy kimi rolları ifa etmişəm zaman-zaman. Amma insanlar məni Kefli İsgəndər ilə tanıyıblar, seviblər. Ona görə də, bu rol mənə doğmadır”. “Ədalət” qəzetinin qonağı Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Elxan Rzadır.

-Müsahibədən öncə belə bir sual mənə maraqlıdır, teatr üçün darıxmısınız?

-Bəli, teatrda yeni tamaşalar, yeni obrazlar, yeni yaradıcılıq prosesləri üçün darıxmışam.

-Pandemiya sənətə nə dərəcədə təsir edib?

-Pandemiya bir çox sahələrə mane olduğu kimi, təbii ki, teatra da, yaradıcı proseslərə də təsirsiz ötüşməyib. Onu qeyd edim ki, bu ərəfədə teatrlarımızın repertuarlarında necə gözəl tamaşalar hazırlana bilərdi. Bir-birindən gözəl premyeraların şahidi ola bilərdik. Əlavə olaraq onu da deyim ki, aktyor özü də yaradıcı prosesdən uzaq düşdükdə passivləşir, eyni zamanda istər-istəməz ruh düşgünlüyü yaşayır. Teatrda çalışan aktyorlara bu hal xüsusi olaraq çox çətindir.

“Aktyorun üstün cəhəti onun xarakteridir”

-“Sənətdə məni narahat edən əsas məqam odur ki, bu sahəyə-seriallara, filmlərə qeyri-sənət adamları cəlb olunur” demişdiniz. Yenə də bu fikirdəsiniz?

-Sözsüz ki, yenə də dediyim fikirdəyəm. Çünki, yenə də qeyri-peşəkarlar göz önündədir. Bilirsiniz, incəsənətə aid olmayan şəxslər filmlərə, seriallara çəkiləndə az qonorar verilir. Yaxud da onlara heç qonorar ödənilmir. Odur ki, qeyri-peşəkarları seriallara, filmlərə dəvət edirlər və peşəkarlar qalır bir kənarda. Demirəm ki, peşəkarlar yoxdur, lakin onların sayı azdır. Dediklərim sənətin bayağılaşmasına səbəb olur. İxtisası rejissor olmayan rejissorlar, aktyorluq olmayan aktyorlar bu sahədən uzaqlaşdırılsa, hər şey yaxşı olar.

-Aktyorun ən üstün cəhəti nə olmalıdır?

-İlk növbədə, aktyorun şəxsiyyəti, xarakteri olmalıdır. Bu ölçülərə görə kənardan aktyora olan münasibətlər bəlli olur. Aktyorun şəxsiyyəti dəyərləndirilir. Təbii ki, bütün bunlardan sonra aktyorun yaradıcılığı yüksək formadadırsa, onun şəxsiyyəti ümumilikdə tamlaşır, bütövləşir.

-Oynadığınız rollardan hansı sizə daha doğmadır?

-Oynadığım obrazlardan mənə ən doğma olanı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndər obrazıdır. Düzdür, rollarımın sayı çoxdur, 22 yaşımdan professional səhnədəyəm. 22 yaşımdan böyük rolları oynayıram. Hüseyn Cavidin “İblis” əsərində Arif, Cəfər Cabbarlının “Dönüş” əsərində Ötkün Zamanbəyli, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məshəti şah” əsərində Şahbaz bəy kimi rolları ifa etmişəm zaman-zaman. Amma insanlar məni Kefli İsgəndər ilə tanıyıblar, seviblər. Ona görə də, bu rol mənə doğmadır.

“Teatrı sevməyimdə valideynlərimin rolu olub”

-Müğənniliklə məşğul olan aktyor və aktrisalar hər zaman olublar. Səhv etmirəmsə, bir ara rep deyirdiniz. Nə oldu ki, uzaqlaşdınız?

-Yox, mən rep deyən olmamışam. Uşaqlıqda valideynlərim teatr və kino sənətini bizə təbliğ etdiklərindən aktyor sənətini sevmişəm və gələcəkdə də bu işlə məşğul olacağımı demişəm. Sadəcə olaraq rep mənim hobbim olub. Məsələn, bu gün də boş vaxtlarımda məşğul olduğum hobbim var. Boş vaxtlarımda fantaziyama uyğun “remix”lər ərsəyə gətirirəm. Hətta məşhur dünya şöhrətli müğənnilərin mahnılarına etdiyim “remix”lərdə var. Amma hələ ki o “remix”ləri ictimaiyyətə təqdim etməmişəm. Bəzi işlərimi isə “youtube” səhifəmdə paylaşmışam. Ancaq yenə də mənim əsl işim, peşəm, sənətim aktyorluqdur. İxtisasım da dram və kino aktyorudur.

-Deməli, valideynlərinizdən ilham alıb bu sənəti seçmisiniz...

-Bəli, mənim teatrı, kinonu, aktyor sənətini sevməyimdə və seçməyimdə valideynlərimin rolu olub. Onların hələ mən uşaq olduğum illərdə Azərbaycan incəsənətinin və mədəniyyətinin təbliğatından, xüsusən də filmlərdə, tamaşalarda oynayan aktyorları bizə tanıtmasından, təqdim etməsindən sonra bu sənətə qarşı məndə böyük sevgi yaranıb.

-Keçən müsahibəmizdə onu da söyləmişdiniz ki, heç bir zaman hansısa bir rolun arzusunda olmamısınız...

-Bəli, istər dünya klassikası və ya dramaturgiyasından, istərsə də özümüzdən hansısa bir rol arzusunda olmamışam. Mən həmişə istəmişəm ki, rol maraqlı olsun. Aktyor üçün ən əsas canlandırdığı obrazın maraqlı olması önəmlidir. Odur ki, sadəcə rolun maraqlı olması ilə kifayətlənmişəm.

“Tamaşaçılardan hər zaman hörmət görmüşəm”

-Nəyə görə, bəzi həmkarlarınız 1-2 rol oynayandan, azacıq tanınandan sonra fəxri ad davası döyürlər?

-Bu sualı onların özlərinə təqdim etsəniz, yəqin ki, özləri daha dolğun cavab verərlər.

-Heç bu vaxta qədər töhmət almısınız?

-Bəli, bir-iki dəfə işə gecikdiyim üçün töhmət almışam.

-Olubmu ki, hansısa obraz tamaşaçılar tərəfindən çox bəyənilib, lakin siz onu bir o qədər də bəyənməmisiniz?

-Seriallarda oynadığım bəzi rollar var ki, onların mənfi xislətli olmağı və mənfi xarakterli obraz olmağını sevməmişəm.Tamaşaçılardan isə hər zaman sevgi və hörmət görmüşəm.

-Sizə təşəkkür edirəm ki, dəvətimi qəbul edib mənə müsahibə verdiniz.

-Siz sağ olun.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK