SON DƏQİQƏ:

Bu qədər problemdən yox, siqaretdən öləcəyimi düşünürsən? - Eminquey yazır

  46277   |  
Şriftin ölçüsü  

Xəzər TV-də sujet gedir. Siqaretin qiymətinin artımı ilə bağlı. Camaat arasında sorğu aparırlar. Nə təsadüfsə, hamı eyni şeyi deyir - zərərli şeydi, qiyməti lap 100 manat olsun!

TV-ləri tanıyıram, onların bu qiymət qalxımına bu yolla haqq qazandırmaqları yeni deyil. Qınayırammı? Qınayıram!

Adamları tanıyıram, onların da mikrofon görəndə sağlamlıq mütəxəssisi, paklıq mücəssiməsinə döndüyünü yaxşı bilirəm. Qınayırammı? Qınayıram!

Dəlixanadır!

Ziyandır? Satma da! Qadağa elə! Nəşəni qadağa edib altdan-altdan icazə verə bilirsiniz, indi siqaret adam öldürdü? Burnumun dibində səhər küçələrdə iynə dolub-daşır. Sahə polisləri göz yumur.

Üstəgəl, ziyandı? Mənim qeydimə qalırsan dövlət kimi? Onda niyə 3 aya yaxındı ki, qəzetləri pulsuz qoymusan? Düşünürsənmi ki bu adamlar ya zəlzələdən, ya vəlvələdən işləməyə və evə çörək aparmağa məhkumdurlar. Və heç kim otla qidalanmır. Niyə büdcəni açmırsan? Bəs bunun hər gün evə üzüqara gəlməyi? Bəs bunun hər gələn 10 görüş təklifindən 9-undan imtina etməyi? Bəs bunun məişət problemləri və stresləri? Niyə düşünmürsən bu qədər adamı? Sağlamlığıma bunlar ziyan vermədi, siqaret verdi?

Çəkirəm? Əccəb eləyirəm! Sən mənə 1 manatlıq siqareti bu iki il ərzində artıq 2, 50 qəpiyə sırıyırsan. Qaldır da keyfiyyəti. Niyə qaldırmırsan?

Sən mənə suyu ikiqat qiymətinə sırıyırsan, qaldır da minimum əmək haqqını.

Sən mənə çörəyi 50 qəpiyə satıb çəkisini azaldırsan, sağlamlığımı düşünəcəksən?

Sən məni hər gün tıxaclarda qıy verən avtobuslarda qalmağa məcbur qoymusan, virus-virus deyirsən, sağlamlığımı düşünürsən?

Qaldırdığın siqaretlərin keyfiyyətini qaldır! Yonca çəkirik, yonca. Apilka çəkirik, apilka. Sən mənə eşşəyin, malın yediyi şeyi tütün adı ilə 2, 50 qəpiyə sırıyıb sağlamlıq davası döyürsən?

Sən məni bu qədər problemin içində yaşadıb bircə siqaretdən öləcəyimi düşünürsən?

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK