İstanbulda azərbaycanlılarla çeçenlər arasında atışma - Ölənlər var
Türkiyədə İstanbulun Başakşehir rayonunda azərbaycanlılarla çeçenlər arasında atışma baş verib.
Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Həlak olanlardan biri və yaralanan şəxs azərbaycanlı olub. Atışma kriminal aləmin nümayəndələri arasında qeydə alınıb.
Hadisədən sonra yerli polis 3 Rusiya vətəndaşını saxlayıb, iki nəfərin axtarışları davam edir.
Digər Xəbərlər
24 Aprel 2024 11:16