adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Aprel 2021 11:50
25131
MƏMLƏKƏT
A- A+

Peyvənd orucu pozmur, peyvənd vurduran zaman özüm oruc idim - Hacı Şahin

Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halında peyvənd vurdura bilərlər.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, peyvənd vurdurmaq orucu pozmur:

“Mən özüm də vaksinasiya prosesindən keçmişəm və peyvənd vurduran zaman oruc idim. Həkimlərlə də məsləhətləşdik, bunun hər hansısa zərəri yoxdur və şəriətə görə də oruc halında vaksin olunmaq qadağan deyil”.