SON DƏQİQƏ:

Baş prokuror Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb 

  11782   |  
Şriftin ölçüsü  

Baş prokuror Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Baş prokurorluqdan Adalet.az-a verilən məlumata görə, dost və qardaş ölkələrimiz arasında bugün bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hüquqi əlaqələrin ən yüksək səviyyədə olması məmnunluqla vurğulanıb. Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsində olmaqla dünya ölkələrinə nümunədir.

Baş prokuror qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirib.

İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Baş prokuror gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səmimi qəbula və xoş sözlərə görə təşəkkürünü ifadə edən səfir Erkan Özoral bundan sonrakı fəaliyyətində də ikitərəfli əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK