adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Aprel 2021 16:34
28698
DÜNYA
A- A+

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada təyyarə qəzasında pilotun həlak olması ilə bağlı başsağlığı verib.

Adalet.az xəbər verir ki, Türkiyə lideri bu barədə Tvitter hesabında yazıb.

“Konyada təlim uçuşu zamanı təyyarənin qəzaya uğradığını və pilotumuzun təəssüf ki, şəhid olduğunu böyük üzüntü ilə öyrəndim. Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə, yaxınlarına, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verirəm".

Qeyd edək ki, “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarə Konya ərazisində təlim uçuşu zamanı qəzaya düşüb, nəticədə pilot həlak olub.