adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Aprel 2021 15:51
30085
MƏMLƏKƏT
A- A+

Bakının küçə və prospektləri yenidən dezinfeksiya olunacaq - BŞİH

Bakının əsas küçə və prospektləri yenidən dezinfeksiya olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Adalet.az-a verilən məlumata görə, aprel ayının 10-u səhər saatlarından etibarən paytaxt üzrə iməclik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur