adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Aprel 2021 09:15
29794
DÜNYA
A- A+

Böyük Britaniya Şimali İrlandiyaya xüsusi təyinatlı qüvvələr göndərib

Böyük Britaniya hakimiyyəti iğtişaşları dayandırmaq üçün Şimali İrlandiyaya xüsusi təyinatlı qüvvələr göndərib.

Adalet.az-ın məlumatına görə, bu barədə "Mirror" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, ən azı səkkiz döyüşçü əraziyə göndərilib, onlar iğtişaş nəzarəti ilə məşğul olan MI5 təhlükəsizlik xidməti ilə işləyəcəklər.

Şimali İrlandiyada milliyyətçilərlə ölkə hökumətinin tərəfdarları arasında iğtişaşlar və toqquşmalar bir həftədən çox davam edib.