adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Aprel 2021 12:36
23590
MƏMLƏKƏT
A- A+

Virusun sərhədləri müəyyənləşdirildi - Səxavət Məmməd yazır

Darvazanın qabağında maskasız dayananda virus təhlükəsi olur, bir addım içəri keçdin təhlükə sovuşur. Küçədə siqaret çəkəndə virus yayılır, balkonda tüstünü dumana qat virus olmur. Çayxananın qabağında tək dayananda maska şərtdir, içəri daxil oldun kef elə. Çayxananın qabağında tək siqaret çəkmək olmaz, içəri keçirsən ki, tüstüdən göz-gözü görmür. Taksidə qabaqda müştəri oturanda virus təhlükəsi yaranır, marşurutda camaat bir-birinin belində gedəndə təhlükə sovuşur. Operativ Qərargahdakılar dindirsən adamın basıb gözün çıxarar, aralarında bəlkə məntiq dərsliyi yazanlar da var. Küçədə maska qadağasında məntiq tapmaq, samanlıqda iynə tapmaqdan da çətindir.

Nəinki küçədə maska qadağası ləğv olunmalıdır, bu qərara görə edilən cərimələr də ləğv edilməlidir.