Bu il “Son zəng” keçiriləcək?

Artıq may ayı yaxınlaşır. Növbəti təhsil ilinin yekunlaşmasına sayılı günlər qalıb. Təhsil ilində ən önəmli hadisələrdən biri də “Son zəng” hesab olunur.
News24.az-ın məlumatına görə, bu il son zəng ötən ilkindən fərqli keçiriləcək.
Belə ki, ötən il son zəng onlayn keçirilmişdi. Bu il həmin tədbir yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması mütləq olacaq.
Təhsil Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavablandırdı: “Son zəngin keçiriləcəyi tarixdə pandemiya şəraitinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Digər Xəbərlər

MÜƏLLİMLƏRİ YENİCƏ MÜDAFİƏ ETMİŞDİK Kİ, TƏZƏ HOQQA ÇIXDI…

Təhsil eksperti: ““Qarabağ Universiteti” ilə bağlı sərəncamın verilməsi...”

Ağdam, Cəbrayıl və Füzulidə yeni məktəblər tikiləcək

Xankəndidə Qarabağ Universiteti yaradıldı

Şagirdi döyən Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Bakıda şagirdin xəsarət alması ilə bağlı DİN-dən AÇIQLAMA

Bakıda Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib
