adalet.az header logo
  • Bakı 13°C
30 Aprel 2021 12:16
20020
DÜNYA
A- A+

Su üstündə atışma davam edir

Qırğızıstan KİV-lərinin məlumatına görə, su üstündə Qırğıxıstan və Tacikistan arasında dünəndən başlayan silahlı qarşıdurma davam edir.
 

Batken vilayəti daxili işlər idarəsindən verilən məlumata görə, atışma Leylək rayonu ərazində aparılır.  Həmçinin silahlı qarşdurma Qırzıstanın "Qızıl -bel" sərhəd məntəqəsində də davam etməkdədir. 
 

İki müsəlman dövləti arasında münaqişə, İsraf çayı üzərində "Başlanğıc" supaylama məntəqəsində iki xalq arsında baş verən mübahjidələrdən sonra başlayıb. Bir nəfərin bu ərazidə videonəzarət aparatı quraşdırmağa cəhd etməsindən başlayıb. Tərəflərin bir-birinə daş atmaları ilə başlayan mübahisəyə, sonradan hərbiçilərində qoşulması, silahlı münaqişəyə çevrilib. 
 

Tacikistan və Qırğızıstan rəhbəriyi atəşin dayandırılması və hərbiçilərin geri çəkilməsi ilə bağlı razılaşma əldə etməsinə baxmayaraq, bu gün qarşılıqlı atəş davam etdirilib.Hadisə nəticəsində çoxsaylı ölən və yaralananların olduğu bildirilir. Ümumiyyətlə iki dövlətin sərhədyanı ərazilərdə yaşayan əhalisi arasında bu tip insidentlər tez-tez baş verir.
 

Sputnik radiostansiyasının verdiyi məlumata görə, Qırğızıstanın xüsusi xidmət orqanının rəhbərləri danışıqlar aparmaq üçün Tacikistana gedib.

Rüstəm Hacıyev