adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 May 2021 12:10
26842
DÜNYA
A- A+

“Pandemiya və müharibə ölkəmizdə problemlər yaratdı”- Paşinyan

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 1 may Beynəlxalq Əmək və Zəhmətkeşlərin Həmrəyliyi günü münasibətilə xalqa müraciət ünvanlayıb.

Adalet.az xəbər verir ki, o, müraciətində erməni xalqının öz zəhməti ilə xəyallarını qurduğu dövləti formalaşdıracağını yazıb. Paşinyanın sözlərinə görə, koronavirus epidemiyası, daha sonra müharibə ilə əlaqəli böhranlar Ermənistanda bir sıra çətinliklər yaradıb.

"Yalnız gündəlik əmək, hər bir vətəndaşın fərdi səyləri və yaradıcı potensialının reallaşdırılması ilə bu problemləri həll edə bilərik. 2020-ci il böhranı müstəqilliyi qazandığımızdan bəri həllində səhlənkarlıq göstərdiyimiz bütün problemləri ortaya qoydu",- deyə Paşinyan bildirib.

O qeyd edib ki, bu problemləri istər obyektiv, istərsə də subyektiv səbəblərdən ciddi qəbul etməyiblər. Paşinyan, həmçinin hesab edir ki, erməni xalqı arzusunda olduğu dövləti qurmağı bacaracaq: "Birlikdə bu hədəfin reallaşmasına doğru getməliyik, qamətimizi düzəltməliyik, gücümüzə inanmalı və zəhmətimizlə güclü, inkişaf etmiş dövlət qurmalıyıq".

Xatırladaq ki, Ermənistanda ənənəvi olaraq 1 may Əmək Günü kimi qeyd edilir.(azvision.az)