SON DƏQİQƏ:

RUSİYANIN QƏRBLƏ DİPLOMATİK MÜHARİBƏSİ

  20069   |  
Şriftin ölçüsü  

Rusiyanın Avropa dövlətlərindəki səfirliklərinədə işləyən personalları ilə bağlı verilən qərarlar, Rusiya ilə Qərb arasında diplomatik müharibəyə çevrilib. 152 rusialı diplomatın xaricdəki səfirliklərdəki akkredasiyasına xitam verilməsi vəziyyəti daha da gərginləşdirib.
 

Bu barədə məlumat verən "Financial Times" bildirir ki, "Pribaltikadan Bolqarıstana kimi Rusiya ilə tarixi əlaqələri olan dövlətlərdə çalışan rusiyalı diplomatların qovulması, faktiki olaraq qalan diplomatların Rusiyada və əksinə Rusiyanın xaricdəki diplomatlarının münasibətləri bərpa etməsinə çətinlik yaradır".
 

Münasibətlərin pozulması daha çox Mərkəzi və Şərqi Avropa dövlətlərində vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb. Keçmiş SSRİ -nin Varşava Müqaviləsinə daxil olan Latviya, Estoniya, Litva, Ukrayna, Polşa, Çexiya və Bolqarıstanla hazırki münasibətləri xüsusi ilə acınacaqlı vəziyyətdədir. Bu ölkələrin əksəriyyəti artıq NATO-ya daxil olub. Bundan başqa illərlə davam edən enerji tərəfdaşlığı, uzunmüddətli neft-qaz müqavilələri demək olar ki, pozulmaq ərəfəsindədir. Bu isə Moskvanın bu ərazilərdə nüfuzunu azaldltmaqdadır. Xüsusilə 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra münasibətlərin gərginləşməsi göz qabağındadır. Hazırda "gözə -göz" prinsipi ilə diplomatların hər iki tərəfdən ölkədən qovulması halları davamlı şəkil alıb.
 

Okeanın o tayından gələn təlimatlarla Rusiyanın təklənməsi prosesi getdikcə artmaqdadır. Bu  isə təkcə Rusiyanın deyil, həmçinin Avropa dövlətlərinin iqtisadiyatına ciddi təsir edəcəyindən xəbər verir.

Rüstəm Hacıyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK