SON DƏQİQƏ:

Postda polisi avtomobillə vuran şəxsə cinayət işi başlandı

  8150   |  
Şriftin ölçüsü  

Tərətr rayonunda polisi avtomobillə vuran şəxsə qarşı cinayət işi başlanıb.

Tərtər rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, arelin 30-da saat 12 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Tərtər rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi “Volqa QAZ-31029” markalı avtomobili sonuncunun üzərinə sürüb vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-07
2021-05-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK