SON DƏQİQƏ:

“Azərsu” Xəzərə axıdılan çirkab sularla bağlı məsələyə aydınlıq gətirdi- YENİLƏNİB + VİDEO

  18305   |  
Şriftin ölçüsü  

“Azərsu” ASC Bibiheybətdəki boru kəmərindən çirkab sularının dənizə tökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. 

Bildirilib ki, qurumun əməkdaşları həmin xəttə baxış keçirib:

“Həmin xəttə Bayıl-Bibiheybət-Lökbatan kollektoruna qoşulması ilə bağlı layihə hazırlanacaq və icra olunacaq. Vaxtilə həmin xətlərlə neft mədənlərinin lay suları axıdılıb. Sonradan bu xətlər “Azərsu” ASC-nin balansına verilib”.

13:19

Bibiheybətdəki boru kəmərindən çirkab sularının dənizə tökülməsi ilə bağlı araşdırma aparılır. 

Bu barədə Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. 

O bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən xəbərdardırlar:

“Sözügedən məsələ barədə məlumatlıyıq. Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ərazidə araşdırma aparılır”.

12.51

Sosial şəbəkələrdə yayılan görüntülərdə Bibiheybətdəki boru kəmərindən çirkab sularının dənizə töküldüyü görünür. Videoda guya Dövlət Neft Şirkətinə (SOCAR) aid olduğu iddia edilən boru kəməri vasitəsi ilə neftlə çirklənmiş suyun dənizə axıdıldığı iddia edilir.

SOCAR bu boru kəmərinin onlara aidiyyətini qəti şəkildə rədd edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlamasında bildirib ki, videoda göstərilən boru kəmərinin SOCAR ilə heç bir əlaqəsi yoxdur.

“Şirkətimiz tullantıların tamamilə utilizasiyası prinsipinə uyğun olaraq fəaliyyət göstərir. “SOCAR Azneft”in operator olduğu bütün yataqlarda neft hasilatı zamanı lay suları xüsusi qurğularla təmizlənir və daha sonra hasilat quyularında təzyiqin saxlanması üçün yenidən yatağa vurulur. Beləliklə, lay sular dənizə getmir”, deyə İ.Əhmədov bildirib.

Oxu.Az məsələyə aydınlıq gətirmək üçün “Azərsu” ASC-yə müraciət edib, şərhlərini gözləyir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK