SON DƏQİQƏ:

ABŞ RUSİYA-ÇİN ALYANSINA QARŞI

  24893   |  
Şriftin ölçüsü  

Vaşinqton Rusiyada antiçin beşinci kalonu yaratmağa çalışır

Rusiya ilə Çinin arasını pozmaq lazımdır. Bu iki dövlət arasında alyans genişləndikcə  Amerika üçün Rusiya ilə mübarizə aparmaq mümkün görünmür. Amerikanın aparıcı jurnalı Foreigin Affairsin dərc etdiyi məqalədən bu qənaətə gəlmək olar.
 

"Rusiya və Çinin qurduğu texnoloji əməkdaşlıq onlara ABŞ -dan daha tez innovasiya yaratmağa imkan yaradacaq"... "Hərbi və digər sahələrdə qarşılıqlı maraqlar imkanları Amerikanın potensialından daha güclü olacaq" - deyə məqalədə bildirilir.
 

İki dövlətin dərinləşən əməkdaşlığını nəzərə almaqla ABŞ bilməlidir ki, istər Çinə, istərsə də Rusiyaya qarşı tədbiq edilən sanksiyalardan başqası istifadə edə bilər. Bu günlərdə Böyük Britsniyada G7 ölkələrinin keçirdiyi yığıncaqda da  Çinlə Rusiya əməkdaşlığına qarşı kollektiv tədbirlərin görülməsi məsələsi müzakirə olundu. Çünki G7 dövlətləri ayrı-ayrılıqda mübarizə aparmaq gücündə deyil.
 

Hazırda Birləşmiş Ştatların qarşısında duran əsas məsələ - bu iki dövlətin arasına girməkdir.  Məqalədən görünən odur ki, Birləşmiş Ştatlar Rusiya ilə Çin münasibətlərinin pozulması üçün Rusiyanı işçəridən zəiflətmək istəyir.
 

Demokratların Bayden administrasiyasında Milli Təhlükəsizlik Şurasındakı  "Asiya üzrə" baş məsləhətçisi Kurt Kempbell, bu yaxınlarda Britaniyada təşkil olunmuş Financial Times konfransında bildirib ki, ABŞ -ın Çin siyasətinə total  dəyişikliklərin edilməsi məsələsinə baxılacaq. Hətta Asiyada antiçiin alyansının əhəmiyyətsiz olmasl məsələsidə araşdırıla bilər. Bir sözlə Kempbellin çıxışı heç nəyə aydınlıq gətirmədi və onun çıxışından anlaşılan, ümumiyyətlə Baydenin Çin lideri Si Tsinpinlə görüşü də nəzərdə tutulmur.
 

Əksinə mənasız sanksiyarın əvəzinə Putinlə görüş təşkil etməklə Rusiyanın başını aldatmaq olar. Məsələn, Rusiyaya ctrateji stabilliyin yaradılması üçün Çinlə geniş əməkdaşlıqdan imtina etmək təkifi verilə bilər. Yəni 90-cı illərdən qalma köhnə metotlarla. Məqalədə göstərilir ki, "gücdən düşmüş atları" dirilməsi üçün yemləmək lazım deyil.  Moskva ilə Pekinin arasına "kiçik pazçıqlar" müdaxilə etməklə  onların münasibətlərinin perspektivinə inamı azaltmaq lazımdır.
 

Məqalə müəlliflərinin fikirincə ABŞ -ın dünya liderliyini saxlaması üçün Rusiyada tədricən Çinlə əlaqələrin kəsiməsinə çalışan "beşinci kalonun" yetişdirilməsinə nail olunmalıdır.

 Rusiyada onsuzda belə düşünən siyası ekspertlər baş qaldırmaqdadır. Onlar iki dövlətin arasını vurmaq üçün ara-sıra Çinin Sibirə iddiasını qabartmağa çalışırlar. İnternet məkanında "aqressiv rus ayılarının" Sibiri onlardan qoparmaqda günahlandıran  cinli ekspertlərədə rast gəlmək olar. 
 

Son zamanlar amerikan proqramları ilə universitetlər bitirən çoxsaylı romantiklərin Rusiya elitasında cəmləşməsi, amerikan planlarının həyata keçirilməsinə dəstək ola bilər. Onların Amerikanın hegemon dövlət olduğuna inamı daha güclüdür. Romantik nəslin əksər nümayəndələrinin Şərqə münasibətləri daha kəskindir. ABŞ Rusiya-Çin münasibətlərinin pozulması proqramında onlardan da istifadə edə bilər.
  
Hazırladı: Rüstəm Hacıyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK