SON DƏQİQƏ:

FAİQ QİSMƏTOĞLU: ANAMIN QOXUSU

  67079   |  
Şriftin ölçüsü  

Mənim çox yaxın dostum, qohumum əmim oğlum Zülfüqar bir video göndərmişdi. Həmin videoya baxanda bir daha analar yadıma düşdü, bir daha doğmalar yadıma düşdü, bir daha sevdiyimiz insanlar yadımıza düşdü. O videoda belə bir ideya vardı ki, mən heç nə istəmirəm, qızılgül dəstəsini istəmirəm, dünyanın ən gözəl varını, dövlətini istəmirəm. Mən anamın qoxusunu istəyirəm... mən anama gedən yolu istəyirəm... Bütün analar gözəldi, bütün analar qəşəngdi. Çünki onlar anadılar. Məhəmməd Peyğəmbər də buyurub ki, Cənnət anaların ayağı altındadı. Bəli, həqiqətən də Cənnət anaların ayağı altındadı. Hamının anası var, hamı anasını sevir, hamı anasını yada salır. Elə analar var ki, Haqq dünyasına qovuşub, Allahın dərgahındadı. Allah onlara rəhmət eləsin! Ruhları şad olsun! Bütün analar dünyanın ən böyük varlığıdı  və onların qarşısında baş əyirik.

Mənim də anam gözəl insan olub. O qədər gözəl insan olub ki, onun ətri hələ də burnumdan getmir, onun qoxusu hələ də mənim burnumdadı. Və heç vaxt yadımdan çıxmır ki, anam həmişə bizə yemək bişirəndə əlinin dadından, duzundan tutmuş qeyri-adi gözəllikləri yaradırdı və bunlar hamısı bizim yadımızdadı. Onun bişirdiyi aşı, onun bişirdiyi bozbaşı, onun bişirdiyi kotleti heç kim bişirə bilmirdi. Bəlkə də ondan da yaxşı bişirənlər var, amma  mənə görə dünyanın ən yaxşı yeməyini, ən yaxşı bozbaşını, ən yaxşı aşını, ən yaxşı kotletini elə mənim anam bişirib. Anam o qədər ləzzətli, o qədət ətirli yeməklər bişirərdi ki,  o yeməklərin dadı, duzu, ətri qoxusu hələ də bizim burnumuzdan getməyib.

Dünya belədir, bir gün yaranan bir gün gedir. Amma analarsa həmişə yadda qalır, xatirələrdə yaşayır. Və bəzən də bizim yuxularımıza gəlirlər. Ən çətin məqamlarımızda mən həmişə anamın yuxuma girdiyini görmüşəm. Vaqif Bəhmənli yazır ki, anam yuxuma girmir. Amma mənim anam yuxuma tez-tez girir. Ən narahat, sıxıntılı anlarımda, kədərli məqamlarımda, dərd içində boğulanda anam mənim yuxuma girir. Bir dəfə Türkiyədə olanda qardaşım ağır vəziyyətdə idi. Onda anam yuxuma girdi. Ikimizi də qucaqlayıb dedi ki, qorxmayın, hər şey yaxşı olacaq. Ölüm ayağında olan qardaşımı həkimlər xilas elədi. Və biz ordan Azərbaycana sevinə-sevinə qayıtdıq. Bəli, analar özləri olmasa da, onların ruhları yaşayır. Onların ətrini, qoxusunu biz hər an hiss eləyirik. Bir dəfə yatmışdım, hələ ruhun bu qədər diri olduğunu, insana yaxın olduğunu hiss eləməmişdim, gördüm ki, kimsə mənim üzümdən öpdü, anamın nəfəsiydi üzümə dəyən, anamın əlləriydi saçlarımın üstündə gəzən, anamın ətriydi mənim burnuma gələn. Sanki mənimlə qarşı-qarşıya durub danışırdı... sanki mənə məsləhət verirdi... sanki mənə həyan olurdu. Heç vaxt yadımdan çıxmır o an. Bir neçə dəqiqə o nəfəsi, o qoxunu hiss elədim. Və o qoxu, o nəfəs hələ də mənim yadımdan çıxmır. Elə bildim ki, anam doğrudan da sağdı. Deməli, insan varsa, ruh da var. Və bizim bilmədiyimiz çox sirlər Allah-Təalanın ixtiyarındadı. Allah-Təalanın ixtiyarında olan bu sirləri biz hələ də bilməyəcəyik. Amma bir onu bilirəm ki, biz analarımızın qoxusunu, analarımızın ətrini, analarımızın iyini onların ruhlarından ala bilirik. Yəni onlar bizim yuxularımıza gəlirsə, nəfəsləri üzümüzə dəyirsə və bu hissdə onların qoxusunu, ətrini hiss eliyirik. Məncə dünyada elə ən böyük xoşbəxtlik odur ki, insan atasını, anasını, doğmalarını heç vaxt unutmur. Yenə deyirəm, anamın qoxusu, anamın ətri heç vaxt adamın yadından çıxmır, mənim də yadımdan çıxır.

Və bir gün biz də Allahın dərgahına dönəcəyik. Amma bilmirik bizim qoxumuzu, ətrimizi, iyimizi kim hiss eləyəcək. Onu deyə bilmərik. Bildiyimiz odur ki, dünyasını dəyişən analarımızın da bu gün ətrini, qoxusunu hiss eləyirik. Biz ona gedən yolu axtarırıq, ona gedən yol Allaha gedən yoldu, Allahın dərgahında olan insanlardı analar. Bir daha biz onların ruhu şad olsun! – deyirik. Anaların qoxusu hər zaman, hər an gələcək, ətri hər zaman hər an hiss olunacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK