adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 May 2021 18:29
40021
DÜNYA
A- A+

Ərdoğanla Lukaşenko arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Belarus dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

“Haber Global”ın Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən yaydığı məlumatına əsasən, ölkə liderləri arasındakı söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı perspektivləri, həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.