adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 May 2021 11:25
22670
MƏMLƏKƏT
A- A+

Ağcabədidə narkotacir tutuldu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə narkotik vasitə olan marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-dəaraşdırmalar davam etdirilir.