adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 May 2021 11:30
22896
HADİSƏ
A- A+

Bakıda dəhşətli qəza: Qardaşını xilas etdi, özü öldü - VİDEO

Gecə saatlarında Bakının Qaradağ rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Sənqəçal qəsəbəsində qeydə alınıb. 

Yolu keçmək istəyən bir nəfəri “Mercedes Vito” vurub. Piyada hadisə yerində ölüb. 

Şahidlərin sözlərinə görə, iki qardaş yolu keçmək istəyib. Qardaşlardan biri sürətlə gələn avtomobili görüb və digərini itələyib. Qardaşını xilas edə bilsə də, özü aldığı zərbədən yerindəcə həyatını itirib.