SON DƏQİQƏ:

Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva

  15745   |  
Şriftin ölçüsü  

Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə infrastrukturla yanaşı Azərbaycan xalqının mədəni, dini irsi də bərpa olunur. Proses Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə həyata keçirilir. İlk gündən ali baş komandan bəyan edib ki, işğal faktını aradan qaldırmaqla xalqımızın milli mənliyi və qüruru özünə qaytarıldı. Bu ərazilərin ən müasir standartlara uyğun yenidən bərpa edilməsi isə Azərbaycanın gücünün, qüdrətinin nümayişidir.

Bunu Adalet.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, qədim Şuşada modern memarlıq nümunəsi olacaq yeni məscidin təməlinin qoyulması və Yuxarı Gövhərağa məscidinin bərpası bütövlükdə İslam irsinin qorunması deməkdir:

"İllər boyu Ermənistan bu irsi məhv etmək siyasəti yeritdi. Lakin Azərbaycanlıların Qarabağa qayıdışı ilə rifah başladı, dağıdılan irsin bərpası başladı. Dövlət başçımızın da söylədiyi kimi, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq buna nail olduq.

Şuşada Xarıbülbül festivalında Prezident İlham Əliyev dedi: “Yuxarı Gövhərağa məscidi artıq təmir olunub. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək.” Bu gün biz bir daha əmin olduq ki, sözümüz imzamızdır.

Dirçəliş prosesi sistemli formada aparılır. Qarabağın baş tacı olan Şuşa bu gün Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyası və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinnin inşasına başlanıb. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin elektrik enerjisi ilə təminatı sahəsində işlər kompleks şəkildə aparılır".

Deputat vurğulayıb ki, paralel olaraq, turizmin inkişafı da prioriret kimi gündəmdədir: "Belə ki, Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışı xüsusi əhəmiyyət daşıyır. Bu işğaldan azad olunmuş ərazilərin turizm potensialını daha da inkişaf etdirmək, müasir turizm infrastrukturunun yaradılmasını təmin etməyə hesablanıb. Ümumiyyətlə, Qarabağ hər zaman həm iqliminə, həm təm təbiətinə görə turistlər üçün cəlbedici olub. Postmünaqişə dövründə bu imkanlar daha da artıb. Azərbaycan qısa vaxtda bütün imkanlardan səmərəli istifadə edərək Qarabağı hərtərəfli inkişaf etdirəcək".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK