SON DƏQİQƏ:

2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb

  11064   |  
Şriftin ölçüsü  

Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailə üzvləri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 21 mindən çox şəxsi əhatə edib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb, sosial ödənişlərin təyin olunması üçün onların müraciəti olmadan, zəruri sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılıb. 2867 şəhidin 7326 ailə üzvünə 13598 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyinatı aparılıb. Həmçinin 93 mülki şəhidin 206 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Artıq 416 qaziyə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü, əlilliyə görə pensiya və ya müavinət təyin edilib.

Eyni zamanda, 3 minədək ailə sosial-psixoloji dəstəklə əhatə olunub. Reabilitasiya müəssisələrində yüzlərlə qaziyə reabilitasiya xidmətləri göstərilib. 17 hərbçi yüksək texnologiyalı müasir protez təmin edilib, 650 qaziyə 4500 reabilitasiya vasitəsi verilib.

Qeyd olunan kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli də diqqətdə saxlanır. Onlardan 6 min şəxsin məşğulluğuna dəstək verilib, o cümlədən 4666-sı özünüməşğulluq proqramına cəlb olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK