adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Iyun 2021 11:39
30947
MƏMLƏKƏT
A- A+

Məşhur fotoqraf Kəlbəcərdə minaya düşməkdən son anda xilas oldu - VİDEO

Dünya şöhrətli fotoqraf Reza Deqati işğaldan azad edilmiş Kəlbəcər rayonunda çəkiliş edərkən təhlükə ilə üzləşib.

Adalet.az xəbər verir ki, məşhur fotoqrafın hərəkət etdiyi yolda mina aşkarlanıb. Hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib.

Belə ki, Deqati iyunun 4-də azərbaycanlı jurnalistlərin faciəvi şəkildə həlak olduqları əraziyə gedib və onu müşaiyət edən minaaxtaranlar yolda mina aşkar ediblər.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.