SON DƏQİQƏ:

Paşinyan: “ATƏT-in Minsk qrupu Azərbaycanı dəstəkləyir”

  11384   |  
Şriftin ölçüsü  

“ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə həmsədrləri Azərbaycana tərəfdar mövqe tutdular”.

“Vestnik Kavkaza” məlumat verir ki, bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniya üçün getdiyi Spitakda deyib:

“2018-ci ildə, hakimiyyətə gəldikdən sonra dalana dirənən vəziyyətdə olan Qarabağ nizamlanmasına dair danışıqlar prosesi bizə miras qaldı. Problem bundadır ki, ATƏT-in Minsk qrupu vasitəçiləri (Rusiya, Fransa, ABŞ) Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla eyni mövqe ifadə edirlər. Ancaq qeyd etmək lazmdır ki, bu mövqe 2018-ci ildə deyil, ondan daha əvvəl formalaşıb”.

Paşinyan vasitəçilərin hələ 2016-cı ilin yanvarında Ermənistanın Dağlıq Qarabağın aralıq statusu ideyasından imtina etməsi üçün şərt irəli sürmələrindən şikayətlənib.

“Status qarşılığında ərazilər”, “sülh qarşılığında ərazilər” düsturları var idi və 2016-cı ildən 2018-ci ilə qədər “heç bir şey qarşılığında ərazilər” düsturu meydana gəldi və bununla bağlı danışıqlar prosesi bizə miras qaldı”, - deyə Paşinyan Ermənistanın keçmiş səlahiyyətlilərini, xüsusən keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqısyanı günahlandırıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK