SON DƏQİQƏ:

Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada çap olundu

  14708   |  
Şriftin ölçüsü  

Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada nəşr olunub. Bu barədə kitabın redaktoru və ön sözünün müəllifi Orxan Aras məlumat verib. O, bildirib ki, indiyədək Almaniyada Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları türkoloq K.Hermann tərəfindən alman dilinə tərcümə edilərək Pem-Epubli nəşriyyatında işıq üzü görüb. 

Adalet.az xəbər verir ki, Orxan Aras ön sözdə kitabın almanca təqdimatı üçün bunları yazıb: “Unutmağa kimsə yox” Azərbaycanın tanınmış yazıçısı Kamal Abdullanın 2011-ci ildə nəşr olunan və postmodern yanaşma ilə qələmə aldığı romandır. Əsər müstəqil bir roman kimi qəbul edilsə də, əvvəllər dərc olunmuş “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları ilə  bir zəncir halqası kimi bağlıdır. Yazıçının mifoloji konsepsiyalardan və nağıl elementlərindən - Qarağac, Çiçəkli yazı, Vəng dağı, İşıq saçan daş kimi fantastik məkan və elementlərdən istifadə etməsi romanı bənzərsiz edir. Alman oxucular bu romanla birlikdə fərqli məkanlar, fərqli zamanlar içində yaşayan dəyişik bir dünyanın qapısından içəri addım atacaqlar. Kamal Abdulla özünəməxsus üslubu, canlı təsvirləri və tarixə fərqli bir pəncərədən baxışı ilə dünya ədəbiyyatında xüsusi yer tutur. Şübhə etmirəm ki, alman oxucuları bu fərqi tez bir zamanda görəcək və Kamal Abdullanın əsrarəngiz dünyasına maraqla baxacaqlar”. 

Kitabın rəssamı Soltan Soltanlıdır. Kitab dünyanın ən böyük veb saytlarında, xüsusən  “Amazon“da satışa təqdim olunur. 

https://www.epubli.de/shop/buch/Es-Gibt-Niemanden

https://www.amazon.de/dp/3754132318

https://www.thalia.de/shop/home/artikeldetails/ID152128578.htm

https://www.hugendubel.de/de/buch_kartoniert/kamal_abdulla

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK