adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Iyun 2021 11:17
45465
ƏDƏBİYYAT
A- A+

"Sabirabad şəhidləri"

44 günlük müharibənin sevincinin xalqımıza bəxş etdiyi qüruru yaşamaqla paralel olaraq biz bu savaşda vətən naminə verdiyimiz şəhidlərin də acısını ürəyimizdə daşıdıq və daşıyırıq. Bəllidir ki, şəhidlərin yeri tanrı dərgahı ilə yanaşı, həm də ürəklərdi, könüllərdi. Bu mənada Azərbaycanın bütün şəhidləri doğulduğu ünvandan asılı olmayaraq hər birimiz üçün əzizdir.

Oxucularımızın imzasını yaxşı tanıdığı şair-publisist Şahnaz Şahin doğulduğu bölgənin şəhidləri barəsində böyük ürəklə, sevgi və fəxarət hissi ilə yanaşı, könül sızıltısı ilə növbəti kitabını qələmə alıb. Kitab «Sabirabad şəhidləri» adlanır. Ayrı-ayrı esselərdən, hekayələrdən ibarət olan bu kitabda müəllif özünün Sabirabad şəhidləri barəsində bir yazıçı, bir şair, bir ana göynərtisi ilə duyğularını sözə çeviribdir.

Mükəmməl şəkildə hazırlanmış bu kitab artıq öz oxucularını gözləyir. Müəllifin sayca 7-ci kitabı olan Sabirabad şəhidləri digər kitablarından ona görə fərqlənir ki, burda o həm də Qələbəmizə, onun qəhrəmanlarına sevgisini konkret isimlərlə, ünvanlarla ifadə edibdir və bildirib ki, bugünkü növraq üçün, bu gün yaşadığımız Zəfər qüruru üçün şəhidlərimizə minnətdarıq.

Həmkarımızı növbəti kitabı münasibətilə bahəm şəhidlərimizə də Allahdan rəhmət diləyirik.

 

Əbülfət MƏDƏTOĞLU