adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Iyul 2021 15:40
20200
SAĞLAMLIQ
A- A+

Koronavirusdan qurtulmağın yeganə yolu vaksinasiyadır - Təyyar Eyvazov

COVİD-19-a qarşı iki doza alan və xəstəliyi yüngül keçirən şəxslərin xəstəxanaya yatırılmasına ehtiyac yoxdur.

Adalet.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, “Delta” ştammının ağır xəstəliklərə səbəb olması ilə bağlı hələ heç bir elmi sübut yoxdur: "Baş verən fəsadlar sadəcə müşahidələrdir. Amma buna baxmayaraq, mümkün qədər arxayınlaşmayaq. Peyvəndin kütləviliyi də artırılmalıdır, çünki bu xəstəlikdən qurtulmağın yeganə yolu vaksinasiyadır”.