adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyul 2021 18:01
18786
ELM VƏ TƏHSİL
A- A+

Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirildi

Təhsil Nazirliyi övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlərə müraciət edib.

Adalet.az-ın məlumatına görə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

Belə ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.