adalet.az header logo
  • Bakı 20°C
20 Iyul 2021 17:06
36609
KRİMİNAL
A- A+

Polisdən daha bir rayonda “patı” əməliyyatı: Saxlanılanlar var

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini - Rəvan Abdullayev və Samir Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə,

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Abdullayevdən heroin, S.Qasımovdan isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.