SON DƏQİQƏ:

Milli Mətbuat Günü münasibətilə rektor jurnalistlərlə onlayn görüş keçirib

  15264   |  
Şriftin ölçüsü  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev milli mətbuatın yaranmasının 146 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə onlayn görüş keçirib. Görüşdə müxtəlif media qurumlarının nümayəndələri ilə yanaşı, AzTU-nun prorektorları da iştirak edib.

Rektor Azərbaycan milli mətbuatının yaranmasının 146 illiyi və jurnalistlərin peşə bayramı münasibətilə media nümayəndələrini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib.

Rektor bildirib ki, AzTU-nun fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətə düzgün və operativ çatıdırılmasında media nümayəndələrinin böyük əməyi var. Vilayət Vəliyev qeyd edib ki, universitet-mətbuat işbirliyi bundan sonra da inkişaf etdiriləcək. Həmçinin qeyd olunub ki, 22 iyul Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş ənənə halını alıb və AzTU mətbuatla əməkdaşlığa daim böyük önəm verir.

Görüşdə son bir il ərzində AzTU-da görülən işlərdən danışılıb, eyni zamanda qarşıda həyata keçiriləcək yeniliklər barədə məlumat verilib. Bildirilib ki, AzTU-nun qısa zamanda regionun ən qabaqcıl universitetlərdən birinə çevrilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilir.

Daha sonra rektor jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK