SON DƏQİQƏ:

Maraqla qarşılanan nüanslar:  Rusiya siyasətçilərinin  "türkcəsi" ...  

  33643   |  
Şriftin ölçüsü  

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun türk dilində müsahibəsinin videosu sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

Adalet.az  xəbər verir ki, Peskov türk müxbirin türk dilində ünvanladığı sualı elə tər-təmiz tərkcə ilə də cavablandırıb.

Xatırladaq ki, Peskov 1990-1994 illərdə Rusiyanın Türkiyədəki səfirliyində attaşe, 1996-2000-ci illər ərzində isə birinci katib vəzifəsində çalışıb.

 

Peskovdan öncə isə  Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də türk dilində necə deyərlər “bülbül kimi ötüb”.  Ankara Böyük Şəhər Bələdiyyəsinin  başçısı Melih Gökçeklə ikitərəfli əlaqələri müzakirə edərkən türk cümlələrdən  istifadə edib. Jirinovski, Gökçeyə təşəkkür edərək, "Sevə bilməz kimsə səni, mənim sevdiyim qədər. Türkiyə, sən olmasan, yaşamaq neyə yarar" deyib.

 2014-cü ildə isə  Vladimir Jirinovski Rusiya televiziyasında yayımlanan “Bazar axşamı” verilişinin efirində krım-tatar dilində danışıb.

 “Mən bizim nazirlərə Krıma gedərkən və Baxçasarayda olarkən, bəzən onların dilində bir-iki kəlmə deməklərini tövsiyə edərdim. Qoy onlar bilsinlər ki, onların problemlərindən xəbərdarıq” – deyən Jirinovski, krım-tatar dilində bir neçə cümlə ifadə edib.

“Krım tatarlarına şimdi baş vuruyorum. Ben şimdi daima dostluk, sülh, barış içində yaşamalıyıq. Hər zaman beraber olacayız. Başka çare yok. Krım, sevemez kimse, seni benim sevdiyim kadar. Sen olmasaydın bu hayat neye yarar”, (“Krım tatarları müraciətim sizədir. Daima dostluq, sülh və əminamanlıq içində yaşamalıyıq. Hər zaman bərabər olacayıq. Başqa çıxış yolumuz yoxdu. Krım, səni mənim sevdiyim qədər heç kim sevə bilməz. Sən olmasaydın bu həyat nəyə yarardı”) - deyə Jirinovski bəyan edib.

Sonra isə öz sözlərini rus dilinə tərcümə edərək, krım tatarlarına müraciət etdiyini və şeirdən bir misra sitat gətirdiyini deyib.

 

  Qeyd edək ki, yazıçı və diplomat Aleksandr Qriboyedovun türk dilini bütün xırda detallarına qədər bildiyini mənbələrdən oxumuşduq. Müasir dövrümüzdə isə rus millətçi ideoloqu Nikolay Trubetskoy, Moskva Dövlət Universiteti yanında Asya və Afrika Araşdırmalar İnstitutunun direktoru Mixail Meyer,  Rusiya Elmlər Kademiyası Şərqşünaslıq İnstitutunun Türkiyə bölümümün direktoru Natalya Ulçenko, Beynəlxalq Münasibətlər və İctimai Diplomatiya  Araşdırmaları Mərkəzinin direktoru Vladimir Avatkov və minlərlə tanınmış rus var ki, türk kilində aksentsiz danışa bilir.

İnanırıq ki, bu gedişlə ruslar tez bir zamanda “kendine dönecekdir”  Yəni, əcdadlarının türk olduğunu anlayacaqdır.

 

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK