SON DƏQİQƏ:

TBMM sədri: “Şuşada gördüklərimizi ancaq işğalçı anlayışı ilə yaşayanlar edə bilərlər”

  45596   |  
Şriftin ölçüsü  

“Şuşa haqqında gözəl sözlər eşitmişəm. Mədəniyyət baxımından çox zəngin şəhər olduğunu bilirik”.

“Report”un məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şuşada jurnalistlərə açıqlamasında deyib.

“Maraqlı gəlirdi və Şuşaya gəlmək bizə tam başqa həyəcan vermiş oldu. Gecə saatlarında gəldiyimizə görə hələlik şəhəri gəzə bilməmişik, amma bu gün şəhərin gözəlliyini gözlərimizlə görəcəyik. İndiyə qədər gördüklərimiz məni bir az təəssüfləndirdi. Çünki bir şəhərin sahibi bizik deyib buna inananlar, şəhəri bu günə qoya bilməzlər. Bunu ancaq işğalçı anlayışı ilə yaşayanlar edə bilərlər. Tək Şuşada deyil, bütün məkanlarda daş üstündə daş qalmayıb. Bu təxribatı ortadan qaldırmaq üçün sürətli tikinti-bərpa işlərinin getdiyinin də şahidi olduq. Bir neçə ay ərzində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması üçün hər şeyin hazır olacağına inanıram”, - TBMM sədri bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər Şuşa şəhərində səfərdədir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK