adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Iyul 2021 10:32
46722
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: GEDƏCƏM ...

(Məktub -şeir)

Mən  Cənnət  qapısına -
Adam  kimi  gedəcəm...
Bir  buğdanın  qurbanı -
Adəm  kimi  gedəcəm!..

Çin-çin edib  ahımı   
Dərk  edib  günahımı...
Səcdəyə  Allahımı  -
Hatəm  kimi  gedəcəm!

Bu  ürək  diliklənmiş
Özülü  külüklənmiş...
Mən  səndən  çiliklənmiş -
Badəm  kimi gedəcəm!