SON DƏQİQƏ:

Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb

  59716   |  
Şriftin ölçüsü  

Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini M.Baxışov iyulun 24-də ona məxsus “KamAZ” markalı yük maşınından 2 ədəd akkumulyatorun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun  bildirdiyinə görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Armud-padat kənd sakini Natiq Zülfüqarov və Yergüc kənd sakini Tərlan Cəbrayılov saxlanılıblar.

Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş xeyli sayda yük maşınlarına məxsus akkumulyatorlar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK