Co Baydenin xanımının ayağından yad cism çıxarılıb
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cillin ayağından yad cism çıxarılıb, ancaq bunun nə olduğunu müəyyən etmək mümkün olmayıb.
TASS -ın məlumatına görə, bu barədə birinci xanımın mətbuat katibi Maykl Laros bildirib.
Qeyd olunur ki, ötən istirahət günü Baydenin xanımı çimərlikdə gəzərkən pəncəsinə yad cism girib. Yaranı müayinə edən həkimlər onun əməliyyatına qərar veriblər.
Cill Bayden “Walter Reed” Tibb Mərkəzində sol ayağından “deşilmiş yaranın qalıqdan təmizlənməsi” əməliyyatı olunub. Yara hazırda təmizlənib, infeksiya yoxdur.
Bununla belə, yaranı müayinə edən həkimlər hansı obyektin deşilməyə səbəb olduğunu müəyyən edə bilməyiblər.
Digər Xəbərlər
18 Mart 2024 17:57
Türkiyədə fabrikdə partlayış - Ölənlər var
18 Mart 2024 17:25NATO baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri ilə görüşüb
18 Mart 2024 17:21Qəzzada HAMAS-ın təhlükəsizlik departamentinin rəhbəri öldürülüb
18 Mart 2024 16:48Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
18 Mart 2024 16:38