adalet.az header logo
  • Bakı 7°C
01 Avqust 2021 10:16
36000
SİYASƏT
A- A+

Putin qadağan etdi: Rusiyadan ABŞ-a növbəti problem

ABŞ bu gündən etibarən Rusiyadakı səfirlik və konsulluqlarının tərkibini Rusiya və üçüncü ölkələrin vətəndaşlarını işə götürməyi qadağan edən yeni tələblərə uyğunlaşdırmalıdır.


Adalet.az xəbər verir ki, bunu ABŞ-ın Rusiya səfiri Con Sallivan deyib.


"Rusiya hökumətinin tədbirləri nəticəsində bu ölkədəki diplomatik nümayəndəliklərin sayı 120 nəfərə qədər azalacaq və buna görə də konsulluq tam olaraq xidmət göstərə bilməyəcək. Bu zəhlətökən tədbirlər potensial olaraq personalımızın təhlükəsizliyinə və Rusiya hakimiyyəti ilə diplomatik təmas imkanlarını özündə ehtiva edən missiyalarımızın işinə ciddi təsir göstərəcək", - Sallivan vurğulayıb.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin qərarına uyğun olaraq ABŞ-ın Rusiyadakı Səfirliyində çalışan 182 Rusiya vətəndaşı işdən çıxarılacaq.