adalet.az header logo
  • Bakı 12°C
12 Avqust 2021 17:37
13214
ELM VƏ TƏHSİL
A- A+

UNEC-ə yeni prorektorlar təyin edilib

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektorlar təyin edilib.

Adalet.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov rəsmi "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayevi Tədris və təlim texnologiyaları üzrə, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımovu isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin edib:

"İnanıram ki, hər biri UNEC-in qarşıya qoyduğu hədəflərə nail olmaq üçün layiqli töhfələr verəcək"