adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Avqust 2021 11:42
19206
ELM VƏ TƏHSİL
A- A+

Hər gün qorxu içində məktəbə getməkdənsə...- SORĞU

Müəllimlərin yay məzuniyyətinin bitməsinə az qalıb. Buna paralel olaraq koronavirusa yoluxma halları da artıb. Məktəblər açılmalıdırmı? Müəllimlər bu vəziyyətdə hansı yolu məqbul hesab edir?

Tarix müəllimi Günay ibrahimova hesab edir ki, məktəblərin yarı əyani, yarı qiyabi işləməsi daha məqbul variantdır.

“İlk 15 günü dərs bölgüsü və.s məsələlərə görə həftənin iki günü əyani, qalan günləri distant ola bilər. Yoluxma həqiqətən də artıb. Ətrafımda yoluxanlar həqiqətən çoxdur. Hər gün qorxu içində işə , məktəbə getməkdənsə, müəyyənlər qadağalar olsa yaxşı olar.”

Azərbaycan dili və Ədəbiyyat müəllimi Elnaz Eyvazsa məktəblərin bir mənalı olaraq açılmasını istəyir.

“Məktəblər açılmalıdır. Bir halda ki, virus həyatımıza daxil olub, onunla baş etməyi öyrənməliyik. Bəlkə proses daha uzun çəkəcək. Zatən pandemiyanın ən ağır zərbə vurduğu sahə təhsil sahəsidir. Distant təhsili əsla məqbul hesab etmirəm, görüntü tipli təhsildir. Nəticəsi formal. Özümüzü niyə aldadaq? Nəticə göz qabağındadır.”

 

Emin Piri