adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Sentyabr 2021 09:20
8834
AVTOMABİL
A- A+

Avqustda ən çox bu marka avtomobillər satılıb

Bakıda avtomobil bazarında daha çox tələb qiyməti 15-25 min manat civarında olan Avropa və Yaponiya istehsalı avtomobillərədir.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Belə ki, bazarda ili nisbətən köhnə, lakin qiyməti ucuz olan "Toyota", "KİA", "Mercedes", "Honda", "Hyundai" avtomobil markalarına maraq daha çoxdur. Eyni zamanda Aİ-92 benzinindən istifadə edən avtomobillərə marağın artması müşahidə olunur. Yeni, xüsusilə də bahalı avtomobillərə maraq azalıb.

Qiymətlərə gəlincı isə avqust ayı ərzində Bakıda avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində avtomobil bazarında tələb azalıb, alıcılıq qabiliyyəti aşağı düşüb, lakin buna baxmayaraq qiymətlər stabil qalıb. Ümumiyyətlə yay aylarında avtomobil bazarında aktivlik aşağı düşür, alqı-satqı əməliyyatları azalır. Avqust ayında da eyni vəziyyət müşahidə olunub.