adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Sentyabr 2021 11:02
1697
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: YENƏ

Yenə xəyallanmışam

Gözlərim də lillənib...

Susub baxır dörd divar -

Heç nə demir dillənib...

Ömür yüküm daşlaşıb

Daşı çəkən yaşlaşıb...

Yoluma bir daş aşıb -

dörd tərəfi gillənib...

Kiprik sıxan acı su

Keçmir canın acısı...

Qəmin əkiz bacısı -

Dərd, qəlbimə millənib...

Seçdi ömrə tən zəri -

Haqq , özünə bənzəri...

Ürəyimin nəzəri-

Ürəyinə zillənib...