adalet.az header logo
  • Bakı 13°C
14 Sentyabr 2021 12:21
1462
ŞOU-BİZNES
A- A+

“Qusi-qusi, qa-qa-qa” dan sonra yeni paylaşım: Afət bu dəfə villasını reklam etdi - FOTOLAR

Ona hədiyyə edilən 240 min dollar qiyməti olan “Gelandewagen” avtomobili ilə bir müddət gündəmi məşğul edən müğənni Afət Fərmanqızı Türkiyədəki yay  istirahətini başa vurub evinə dönüb. Artıq yenidən gündəmə gəlmək üçün mütləq nə isə etməyin vaxtı olduğunu dəqiq bilən müğənni sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.


Adalet.az  xəbər verir ki, müğənni "İnstagram" hesabında yeni fotolarını paylşaıb. Fotolarda Afətin dəbdəbəli evi izləyicilərin diqqətini çəkib. Onun fotolarını izləyicilər birmənalı qarşılamayaraq müzakirə obyektinə çeviriblər.
 Qeyd edək ki, müğənni Türkiyədəki  istirahətindən sosial media hesabında tez-tez paylaşımlar edib. Paylaşımlarının birində hovuzda və dəniz ətrafında görüntülənmişdi Həmin görüntülərdə hava oyuncağının belınə minərək “qusi-qusi qaqaqaqa” uşaq mahnısı səsləndirmiş, özünü yaşına uyğun olmayan tərzdə aparmışdı. Görüntülər izləyicilərin gülüş obyektinə çevrilərək tənqid olunmuşdu. Eyni zamanda Afətin hovuza girdiyi geyimi birmənalı qarşılanmayaraq tənqid edilmişdi.

:
Afət Fərmanqızı dəbdəbəli evini NÜMAYİŞ ETDİRDİ - FOTOLAR

Afət Fərmanqızı dəbdəbəli evini NÜMAYİŞ ETDİRDİ - FOTOLAR