SON DƏQİQƏ:

Ceyhun Bayramov: “Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir”

  358   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Rezident Nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib.

Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.

Alessandro Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri məmnunluqla qeyd edən nazir gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.

Alessandro Frakassetti öz növbəsində fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək, hökümət tərəfindən BMTİP-in mandatına verilən dəstəyi yüksək qiymətləndirib. 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən BMTİP-in bu müddət ərzində bir sıra sahələrdə, o cümlədən həssas qrupların dəstəklənməsi, peşə təhsili, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, kəndlərin inkişafı, gənclərin işlə təyin olunması və s. proqramların uğurla həyata keçirildiyini qeyd edib.

BMTİP-in həmçinin münaqişə sonrası minadan təmizləmə fəaliyyətinə də dəstək verdiyi qeyd olunub.

BMTİP proqramının növbəti rezident əlaqələndiricisiylə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən Ceyhun Bayramov Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK