adalet.az header logo
  • Bakı 7°C
18 Sentyabr 2021 12:38
670
GÜNDƏM
A- A+

Ermənistanın Azərbaycana dörd dəfə “İskəndər” atması doğrudur - Şair Ramaldanov

Ermənistan ordusunun müharibə dövründə verdiyi yalan məlumatları növbəti dəfə ifşa edilib. Ermənistanın hərbi eksperti Van Ambarçumyan bu barədə "Budrooo news” kanalında çıxış edib. O müharibə dövründə "İskəndər" raketindən istifadə edildiyini təsdiqləyib və Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı məlumatların yalan olduğunu qeyd edib.

Məsələni Trend-ə şərh edən hərbi ekspert, polkovnik Şair Ramaldanov Ermənistan tərəfindən rəsmi təsdiqlənməsə də, V.Ambarçumyanın fikirlərinin doğru olduğunu deyib. Bildirib ki, Ermənistan ordusu istər müharibədən qabaq, istər müharibə dövründə, istərsə də müharibədən sonra yalan məlumatlar yayıb:

"Bizdə də erməni cəmiyyətinə öz dövlətləri tərəfindən yalan informasiyalar verilməsinə dair yetərli qədər fakt var. Bu ilk növbədə erməni hərbi-siyasi rəhbərliyinin özlərini qorumaq üçün atdığı addımlardır. Çünki, əgər, erməni xalqı həqiqətləri bilsəydi, əlbəttə ki, hərbi-siyasi rəhbərliyin vəziyyəti acınacaqlı olacaqdı. O ki qaldı "İskəndər" raketlərinin tətbiqinə, biz Şuşada bu raketlərin qalıqlarını tapmışıq. Həm "İskəndər"lərin, həm də digər raketlərin Bakıya doğru atılması ilə bağlı da məlumatlar var. Amma Azərbaycanın hava hücumundan müdafiə sistemləri bu hücumların qarşısını müvəffəqiyyətlə alaraq, hava məkanını qoruya bilib. Ermənistan ordusu müharibə dövründə arsenalında olan bütün silahlardan istifadə edib. Ermənistanın ən böyük yalanı itkilərlə bağlı olub. İtkilərin açıqlanandan 2 dəfə çox olmasını sonradan özləri də etiraf etdilər. İndi də erməni hərbçilərinin nəşi aşkar olunur".