SON DƏQİQƏ:

Elşad Miri: “Azərbaycanda İran təhlükəsi var”

  2184   |  
Şriftin ölçüsü  

İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətulla Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.

Amili Ərdəbilin cümə namazı xütbələrində deyib ki, "hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur: "Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb həmin müsahibəyə "İran xəritədən silinəcək" başlığını seçməsi təəssüf doğurur".

İmam cümə qeyd edib ki, sən demə, "bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirdilər".

"Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir. İcazə verilməlidir ki, SEPAH sərhədlər boyunca təlimlər keçirsin, kimin kim olduğunu, gücümüzü onlara göstərsin. İcazə versinlər ki, İranın qüdrətini göstərsin, öz gücü ilə onlara kimliyimizi nümayiş etdirsin. Desin ki, "Şirin quyruğu ilə oynama!" Ərəblər deyər ki, "öz əndazəsini tanıyan öz həddindən çıxmasın". İndi ki, bu cür oldu, o deputat da həddini bilsin", - S.Amili söyləyib.

Amilinin bu paylaşımı Azərbaycanda böyük rezonans doğurub. Bir çox insanlar bunu narazılıqla qarşılasalar da, müşahidələrimizdən belə nəticəyə gəldik ki, Azərbaycanda şiələrin arasında İrana rəğbət göstərənlər, bu ölkənin rəsmilərinin təhdid dolu bəyanatını dəstəkləyənlər də az deyil. Görünən budur ki, din pərdəsi altında Azərbaycanda iranlı missionerlər lazımi qədər iş apara biliblər. Biz də bu xüsusda həm

İlahiyyatçı-alim Elşad Miri  “Adalet.az”-a verdiyi açıqlamada bildirdi ki, Ayətullah Amilinin dedikləri əslində İran dövlətinin açıqlamasıdır. Amili İran siyasətini bir növ sadə insanlara çatdırır. İran dövləti Amilinin dili ilə həm Azərbaycanı, həm də Türkiyəni hədələyir.

“Burda dini mənada hər hansı təhlükə varmı, bəli var. Niyə? Çünki, mən həmişə demişəm Azərbaycan öz din modelini müəyyənləşdirməlidir. Əgər ermənilərə dəstək olan insanlar Azərbaycanın işğaldan azad olunan torpaqlarında qılınan namazda başa keçirilirsə bu artıq təhlükədir. Əgər Azərbaycandakı dindarlar özlərinə “mərceyi təqlid”  iranlı ali dini rəhbərləri qəbul edirlərsə bu artıq təhlükədir. Ona görə də, artıq bu məsələlərə ciddi diqqət edilməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün səssiz dayanmamaılıdır. Komitə bu məsələ ilə bağlı konkret fikir bildirməlidir. Yoxsa hansısa kitabları qadağan etməklə komitənin fəaliyyəti məhdudlaşdırılmamalıdır. Təəssüflər olsun ki, İranın Bakıdakı havadarları məhz Dini Komitənin vasitəsilə İranın məhz belə hərəkətləri barədə yazdığım və Türkiyədə çap etdrdiyim kitabı Bakıda qadağan etdirdilər. Bu gün həqiqətən həyacan siqanlı çalınmalıdır ki, minlərlə insan  İranın ali dini rəhbərini təqlid edir. Azərbaycanın tanınmış dinşünasları özlərinə dini rəhbər kimi Ayətullah Xamineyini rəhbər bilir vəonu təqlid edir. Ona görə də bu təhlükyəyə ciddi yanaşılmalı və ciddi iş görülməlidir. Bu gün efirlərə çıxarılan dini icma rəhbərlərinin böyük əksəriyyəti İranın dini liderini öz “ağa”ları hesab edirlər. Onun fətvasını cani-dildən burda həyata keçirirlər. Düşünürəm ki, belə məsələlərdə Azərbaycan öz sözünü qətiyyətlə deməkdən çəkinməməlidir. Azərbaycan İslam dini olduğu kimi tədris edilmir, gənclərin dini savadı bir neçə istiqamətdə aparılır ki, bu da iranlı missionerlərin  işini asanlaşdırır”,-deyə E.Miri bildirdi.

 

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK