SON DƏQİQƏ:

Azər Həsrət: "Türkiyə ilə normal münasibətlərin bərpasını istəyir, amma qorxur..."

  349   |  
Şriftin ölçüsü  

Son zamanlar Ermənistanla Türkiyə arasında siyasi müstəvidə yaxınlaşma hiss olunur. Əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentin iclasında ölkəsinin blokadadan çıxmasının yeganə şərti kimi Türkiyə ilə siyasi və iqtosadi əlaqələrin qurulmasında gördüyünü dedi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanda bu çəsələyə müsbət yanaşdığını açıqladı. Bu günlərdə BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə Atatürk hava limanında keçirilən mətbuat konfransında bu məsələyə toxunan Ərdoğan bildirdi ki, Gürcüstan baş naziri erməni həmkarının görüşmək təklifini ona çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Maraqlıdır Paşinyanın Ermənistanın Türkiyə ilə siyasi əlaqələrin yaranması barədə dedikləri səmimidir, yoxsa bunun arxasında bir erməni məkri dayanır?
Sualımızı cavablandıran siyasi- şərhçi Azər Həsrət “Adalet.az”- a belə dedi: 
“Ermənistan Baş naziri Nikol Paşinyan, əslinə qalanda, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin mümkün qədər tez normallaşmasının tərəfdarıdır. Çünki o da yaxşı bilir ki, bu münasibətlər düzəlməsə erməni xalqı ağ gün görə bilməyəcək. Necə ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında tutduğu üçün 30 ilə yaxın əzab çəkdi, çökdükcə çökdü, indi də inadkarlıq eləsələr daha da pis duruma düşəcəklər. Bunu azacıq analitik təfəkkürü olan hər bir erməni yaxşı anlayır. O baxımdan N.Paşinyan çalışır ki, münasibətlər normallaşsın. Buna görə də bəzən bizə gərəkli siqnalları da verir. Amma unutmayaq ki, Ermənistan Azərbaycandan fərqli olaraq müstəqil dövlət deyil. Bu, ümumiyyətlə baş tutmamış dövlətdir. Eyni zamanda da hələ ki, Rusiyanın vassalıdır. Yəni qərarları vermək üçün mütləq Rusiyanın da razılığını almalıdır. Digər tərəfdən isə Ermənistanın, yenə də Azərbaycandan fərqli olaraq erməni diasporundan çox ciddi asılılığı var. O diaspor da Qarabağda məhv edilən ermənilər üçün can yandırmır. Onları özlərinin xəstə ideyaları daha çox maraqlandırır, nəinki sadə ermənilərin normal yaşayışı. Belə bir durumda N.Paşinyanın bir siyasi rəhbər olaraq qərar verib icra etməsi elə də asan görünmür. Ona görə də o, bəzən müsbət siqnallar versə də ardınca mənfi siqnallar verərərk özünü qorumağa çalışır. Necə ki, şəxsən mən 44 günlük Vətən savaşımıza qədər N.Paşinyanın Azərbaycan üçün faydalı birisi olduğunu deyirdim, bu gün də o fikrimdə qalıram. Demək istədiyim odur ki, erməni xəstəliyindən əziyyət çəkənlərdən fərqli olaraq N.Paşinyan həqiqətən də Azərbaycan və Türkiyə ilə normal münasibətlərin bərpasını istəyir. Sadəcə həm Rusiya və diaspor, həm də terror qorxusu onu daha çevik davranmağa qoymur”.

İltifat HACIXANOĞLU
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK